Rusiya Ukraynadan sonra yaranıb - Zelenski
Rusiya müharibənin ilk mərhələsində Kiyevi mühasirəyə alaraq şəhərin təslim olmasını və Ukrayna hakimiyyətinin təhvil verilməsini tələb edirdi.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə , Rusiya qüvvələri Kiyevin ərzaq və su təchizatını tamamilə kəsərək şəhər əhalisinin və dövlət rəhbərliyinin oranı tərk edəcəyini gözləyirdilər.
“Mənə dedilər ki, Kiyev mühasirədədir və ruslar hakimiyyəti təhvil verməyimi istəyirlər. Təbii ki, həmin şəxsləri kabinetimdən qovdum”, - Ukrayna Prezidenti vurğulayıb.
Zelenski Ukraynanın tarixi ilə bağlı fikirlərini də bölüşərək ölkənin Rusiyadan əvvəl mövcud olduğunu deyib:
“Ukrayna Avropada yaxşı tanınan böyük dövlətin – Kiyev Rusunun varisidir. O dövrdə Rusiya hələ mövcud deyildi. Rusiya Ukraynadan sonra yaranıb”.
Ukrayna liderinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin tarixi öz siyasi baxışlarına uyğun təqdim edir və hadisələrin başlanğıcını 1917-ci il inqilabından götürür.
Jalə Rövşən