Paşinyanın müavini Azərbaycanla sərhədə gəldi
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, Şəhərsalma Komitəsinin sədri Yeqiazar Vardanyan və digər rəsmi şəxslər Sünik (Zəngəzur) vilayətinə səfər ediblər.
TodayPress TV xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, oktyabrın 21-də baş tutan səfər çərçivəsində TRIPP layihəsinin infrastrukturunun layihələndirilməsi işlərinə başlanması ilə bağlı təşkilati məsələlər müzakirə olunub, layihənin növbəti mərhələləri nəzərdən keçirilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha əvvəl açıqlamasında layihə çərçivəsində tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini bildirib. Nazir 2027-ci ilin əvvəlini daha real vaxt çərçivəsi kimi qiymətləndirib.
Hazırda layihə ərazisində təmizləmə, texniki qiymətləndirmə və digər hazırlıq işlərinin aparıldığı bildirilir.