Cordanı qabaqlamaq üçün bir addım! Karri Lebronun nailiyyətini təkrarladı
“Golden State Warriors”un lideri və oyunqurucusu Stefen Karri NBA tarixində diqqətçəkən nailiyyətə imza atıb.
TodayPress TV xəbər verir ki, Karri müntəzəm çempionatın “Minnesota Timbervulvz”la görüşündə 44 xal toplayaraq komandasının 119:114 hesablı qələbəsində əsas rol oynayıb.
32 dəqiqə meydanda olan basketbolçu 8 ribaund, 6 məhsuldar ötürmə və 2 top oğurlaması ilə yadda qalıb. O, ümumilikdə 27 atışdan 11-ni dəqiq yerinə yetirib.
“StatMuse”un “X” sosial şəbəkəsində paylaşdığı məlumata əsasən, Karri 35 yaşını tamamladıqdan sonra ən azı 40 xal topladığı oyunların sayını 15-ə çatdırıb. Bununla da o, “Filadelfiya”nın hücumçusu Lebron Ceymsin göstəricisini təkrarlayıb.
Qeyd edək ki, 35 yaşından sonra ən azı 40 xal topladığı oyunların sayına görə Maykl Cordan hər iki basketbolçunu qabaqlayır. Əfsanəvi basketbolçu bu göstəriciyə 12 dəfə nail olub.
Namiq HUN