NHL-də rekordların kralı Makdevid oldu: Qretzki geridə qaldı!

NHL-də rekordların kralı Makdevid oldu: Qretzki geridə qaldı!
29.10.2026 08:49 İdman

Kanadalı hücumçu Konnor Makdevid NHL tarixində yeni rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, “Edmonton Oylerz”in kapitanı müntəzəm çempionatın startından etibarən ardıcıl 13 oyunda məhsuldar ötürmə etməklə liqanın tarixinə düşüb.

Makdevid tarixi nailiyyətə “Kalqari Fleymz”lə qarşılaşmada imza atıb. O, 4:0 hesabı ilə başa çatan görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, əvvəlki rekord Sebastyan Aho, Ken Linsman və Ueyn Qretzkinin adında idi. Onların hər biri mövsümün əvvəlindən ardıcıl 12 oyunda məhsuldar ötürmə etməyi bacarmışdı.

Makdevid cari mövsümdə NHL-də 8 qol və 26 məhsuldar ötürmə ilə çıxış edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər