Şimali Koreyadan Yapon dənizinə raket atıldı

Şimali Koreyadan Yapon dənizinə raket atıldı
29.10.2026 08:34 Dünya

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi atıb.

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, atılan mərminin ballistik raket olduğu ehtimal edilir. Bildirilir ki, raket artıq dənizə düşüb.

Qeyd edək ki, Şimali Koreya oktyabrın 17-də süni intellektdən istifadə edilən yüksək sürətli, dəqiq idarə olunan torpedonu sınaqdan keçirib. Bundan əvvəl, oktyabrın 14-də isə Yapon dənizində iki növ strateji qanadlı raket sınaqdan keçirilib.

Sentyabrın 20-də də Şimali Koreyanın qısa mənzilli ballistik raket buraxmasından bir neçə saat sonra Yapon dənizi istiqamətində naməlum mərmi atdığı bildirilmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər