"Portu" 41 yaşlı Tiaqu Silva ilə müqavilə imzaladı
İdman
21.12.2025 04:45
"Portu" Braziliya millisinin sabiq kapitanı, müdafiəçi Tiaqu Silva ilə müqavilə imzalayıb.
TodayPress TV-nin məlumatına görə, bu barədə Portuqaliya klubunun mətbuat xidməti açıqlama yayıb.
41 yaşlı futbolçu bundan əvvəl Braziliyanın "Fluminense" klubunu tərk edib. Qeyd edək ki, Silva 2004-cü ildə "Portu" ilə müqavilə bağlamışdı, lakin əsas komandada heç bir oyun keçirməmişdi.
Silva İngiltərənin "Çelsi" klubunun heyətində UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. O, 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. Müdafiəçi bundan əvvəl Fransanın "Pari Sen-Jermen", İtaliyanın "Milan", eləcə də Braziliyanın "Juventude" və "Fluminense" klublarında oynayıb.
Futbolçu İtaliya çempionu və Fransada yeddiqat çempiondur.
Silva Braziliya millisinin heyətində 2019-cu ildə Amerika Kubokunun, 2013-cü ildə isə Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin Olimpiya Oyunlarında gümüş (2012) və bürünc (2008) medal qazanıb.
tag: Portu,Tiaqu Silva,Müqavilə, Braziliya, todaypress.tv,
