“Real”ın ulduzu özünü tənqid etdi: mövsümə yaxşı hazırlaşmayıb!
“Real Madrid” futbol klubunun və Braziliya millisinin hücumçusu Vinisius Junior mövsümöncəsi hazırlığını lazımi səviyyədə keçirmədiyini etiraf edib. O, 2026-cı il dünya çempionatından sonra məzuniyyət dövründə həddindən artıq çox istirahət etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, 26 yaşlı futbolçu “Globo” nəşrinə açıqlamasında dünya çempionatından sonra əvvəlki illərlə müqayisədə daha az məşq etdiyini və bunun mövsümə hazırlığına təsir göstərdiyini söyləyib.
“Dünya çempionatından sonra mövsümə bacardığım qədər yaxşı hazırlaşdığımı düşünmürəm. Çünki bu turnir biz braziliyalılar üçün çox böyük əhəmiyyət daşıyır. Yarışdan bu qədər erkən ayrılacağımızı heç gözləmirdik.
Buna görə də məzuniyyət zamanı həqiqətən istirahət etmək, hər şeydən uzaqlaşmaq və ailəmlə daha çox vaxt keçirmək qərarına gəldim. Nəticədə əvvəlki illərlə müqayisədə daha az məşq etdim.
Uzun müddət yüksək səviyyədə çıxış etmək inanılmaz dərəcədə çətindir. Düşünürəm ki, yalnız Kriştianu Ronaldu və Lionel Messi bu qədər il ərzində sabitliyi qoruyaraq daim yüksək göstəricilər nümayiş etdirə biliblər.
Mən də insanam və tez-tez səhvlərə yol verirəm. Amma həmişə daha yaxşı olmağa çalışıram. Oyunu və gündəlik məşq prosesini daha dərindən anlamağa çalışıram. Bununla belə, 26 yaşım var və həyatdan da bir qədər zövq almaq istəyirəm”, - deyə Vinisius bildirib.
Namiq HUN