Poçettino “Mançester Yunayted”i xilas etməyə gəlir: İlk rəqib “Liverpul”!
“Mançester Yunayted” Maurisio Poçettinonun baş məşqçi vəzifəsinə təyin olunması ilə bağlı razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
54 yaşlı argentinalı mütəxəssis İngiltərə klubu ilə 2,5 illik müqavilə imzalayacaq. Razılaşma 2029-cu ilin yayınadək qüvvədə olacaq.
Poçettinonu ABŞ millisindəki öhdəliklərindən azad etmək üçün Mançester təmsilçisi ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödəyəcək.
Mütəxəssisin noyabr ayında KONKAKAF Millətlər Liqası çərçivəsində Haiti ilə keçiriləcək oyunlarda ABŞ millisinə rəhbərlik etməsi ehtimal olunur.
Xatırladaq ki, “Mançester Yunayted” Maykl Kerriki baş məşqçi vəzifəsindən istefaya göndərib. Buna səbəb komandanın mövsümə uğursuz başlaması olub. İngiltərə Premyer Liqasında 10 turdan sonra cəmi 8 xal toplayan “qırmızı şeytanlar” son 40 ildə ilk dəfə turnir cədvəlinin aşağı pillələrində, düşmə zonasına düşüblər.
Poçettinonun rəhbərliyi altında ilk oyununu “Mançester Yunayted” noyabrın 22-də səfərdə “Liverpul”a qarşı keçirəcək.
Namiq HUN