Azərbaycan Premyer Liqasında sensasion start: “Qəbələ”dən parlaq qələbə!

Azərbaycan Premyer Liqasında sensasion start: “Qəbələ”dən parlaq qələbə!
23.10.2026 17:24 İdman

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

TodayPress TV xəbər verir ki, turun açılış matçında “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edib.

Gərgin keçən qarşılaşma Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində İsmael Akinade (8-ci dəqiqə) və İsaak Amoah (48-ci dəqiqə) fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə 36-cı dəqiqədə Mohamed Mara imza atıb.

Qeyd edək ki, günün ikinci matçında “Zirə” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. 

Azərbaycan Premyer Liqasının IX turuna oktyabrın 25-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər