Dronlar Moskvada bütün hava limanlarını bağladı

Dronlar Moskvada bütün hava limanlarını bağladı
23.10.2026 17:40 Dünya

Oktyabrın 23-də Moskvaya dron hücumlarından sonra paytaxtın dörd hava limanı təyyarələrin eniş və uçuşlarını dayandırıb. Nəticədə Moskva ilə Sankt-Peterburq arasında aviareyslərdə gecikmələr və ləğvlər qeydə alınıb.

TodayPress TV xəbər verir ki, Moskva meri Sergey Sobyanin saat 13:30-dan sonra paytaxta yaxınlaşarkən 17 dronun məhv edildiyini bildirib.

Hazırda təcili yardım xidmətləri dronların düşdüyü ərazilərdə işləyir.

Saat 14:00-dan etibarən Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyət qoyulub. Şeremetyevo hava limanında hava hücumu xəbərdarlığı elan edilib, sərnişinlər təhlükəsiz ərazilərə və sığınacaqlara yönləndirilib. Terminalın bəzi zonalarına giriş də məhdudlaşdırılıb.

“Aeroflot” və “Rossiya” aviaşirkətləri uçuş cədvəllərində dəyişikliklər edildiyini açıqlayıblar. Bəzi reyslər ləğv olunub, digərləri təxirə salınıb və alternativ hava limanlarına yönləndirilib.

Sankt-Peterburqdakı Pulkovo hava limanı da Moskvadan yönləndirilən təyyarələri qəbul etməyə hazırlaşır.

Uçuş cədvəlinə əsasən, Sankt-Peterburqdan Moskvaya yeddi reys ləğv edilib. Bundan başqa, doqquz reys iki saatdan az, üç reys isə iki saat və ya daha çox gecikib.

Jalə Rövşən 

FOTOLAR

Dronlar Moskvada bütün hava limanlarını bağladı — 1
Dronlar Moskvada bütün hava limanlarını bağladı — 2
XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər