Şayiələrə son qoyan Antonio Konte: Mənim şərtlərim barədə danışmaq hələ çox tezdir!

Şayiələrə son qoyan Antonio Konte: Mənim şərtlərim barədə danışmaq hələ çox tezdir!
23.10.2026 17:38 İdman

İtaliyalı futbol mütəxəssisi Antonio Konte mətbuatda onun İngiltərənin “Mançester Yunayted” klubu ilə danışıqlar aparması barədə yayılan xəbərləri təkzib edən rəsmi açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, Konte bu barədə sosial şəbəkə hesabında yayımladığı bəyanatda bildirib: 

“İtaliya və xarici KİV-də yayılan son xəbərlər fonunda mövqeyimi açıqlamağı vacib sayıram. Adım bir çox klubla hallanıb, lakin hazırda heç bir irəliləmiş mərhələdə olan danışıqlar aparılmır. “Napoli”də keçirdiyim gözəl və uğurlu dövrdən sonra məşqçilik fəaliyyətinə nə vaxt və necə qayıdacağımı ölçüb-biçmək üçün özümə vaxt ayıracağam. Bu, şəraitin uyğun olduğunu düşündüyüm zaman verəcəyim dərindən düşünülmüş qərar olacaq.

Klublara hansısa maliyyə tələbləri irəli sürdüyüm, tam nəzarət tələb etdiyim və ya mənim “güclü xarakterimlə” bağlı narahatlıqlar olduğunu oxumuşam. Bu iddialar tamamilə əsassızdır - hazırda belə qiymətləndirmələr üçün heç bir real zəmin yoxdur.

Əgər konkret fürsət yaranarsa, məhz o zaman müvafiq klubla danışıqlar aparmaq, hər iki tərəfin ehtiyaclarını, məşqçi kimi yanaşmamı və keyfiyyətlərimi nəzərə alaraq potensial razılaşmanın şərtlərini müzakirə etmək vaxtı gələcək. O vaxta qədər tələblərim və peşəkar gələcəyimlə bağlı istənilən ehtimallar sadəcə fərziyyədir və fakt kimi qəbul edilə bilməz”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər