Bakıda piyada səkisini zəbt edən qanunsuz artırma yığışdırılıb

Bakıda piyada səkisini zəbt edən qanunsuz artırma yığışdırılıb
23.10.2026 17:06 Sosial

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat əsasında tədbirlər görülüb.

TodayPress TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin operativ müdaxiləsi nəticəsində qanunsuz müdaxilələr aradan qaldırılıb və piyada səkisinin zəbtinin qarşısı alınıb.

Qeyd edilib ki, ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, gələcəkdə də ərazidə monitorinqlər aparılacaq, bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

Jalə Rövşən 

FOTOLAR

Bakıda piyada səkisini zəbt edən qanunsuz artırma yığışdırılıb — 1
Bakıda piyada səkisini zəbt edən qanunsuz artırma yığışdırılıb — 2
Bakıda piyada səkisini zəbt edən qanunsuz artırma yığışdırılıb — 3
XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər