Nikola Yokiçin basketbol zəkası yüksək qiymətləndirildi

İdman

19.12.2025 13:02

ESPN-in şimali amerikalı jurnalisti Brayan Uindhorst “Denver Naggets” basketbol klubunun mərkəz oyunçusu Nikola Yokiçin çıxışları ilə bağlı fikirlərini bölüşərək onun inkişafını və oyunu anlama baxımından unikallığını vurğulayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Mozzart Sport məlumat yayıb. 

“Belə bir hissim var - bəlkə də yanılıram - amma Yokiçin indiki oyunu tamamilə başqa səviyyədir. Hətta iki il əvvəl çempion olduqları vaxtdan, üç dəfə MVP qazandığı dövrdən də üstündür. O, basketbolda indiyə qədər gördüyüm ən yüksək səviyyədə oynayır. Bu, sadəcə inanılmazdır. Hesab etmirəm ki, o, artıq bütün potensialından istifadə edir, amma basketbolu tam mənimsəyib”, - deyə Uindhorst bildirib.

O, qeyd edib ki, Nikola Yokiç kimi böyük basketbolçular oyunu bir addım qabaqcadan görə bilirlər.

“Saşa Pavloviç LeBronla beş il birlikdə oynayıb. O, düşünürdü ki, LeBron oyunu iki addım qabaqcadan görür. Amma onun fikrincə, Yokiç oyunu üç addım qabaqcadan oxuyur”, - deyə Uindhorst bildirib.

Namiq HUN

TodayPress TV

tag: Nikola Yokiç,NBA,Basketbol,Denver,Todaypress.tv,