NBA əfsanəsi Milad günü yenə meydanda olacaq
İdman
22.12.2025 14:37
Amerikalı basketbolçu, NBA-nın dördqat çempionu Lebron Ceyms Milad günündə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, NBA tarixində Milad günündə keçirilən oyunlarda 20-ci dəfə meydana çıxmaqla rekordunu yeniləyəcək.
Lebron Ceyms etiraf edib ki, bu xüsusi gündə ailəsi ilə evdə qalmağı üstün tutardı, lakin belə bir oyunda iştirak etməyi böyük şərəf hesab edir.
“Düzünü desəm, ailəmlə evdə olmağı daha çox istərdim. Amma sonda bu, sevdiyim bir oyundur. Uşaqlıqda Milad günü televizorda bu oyunları izləyirdim və ən böyüklərin həmin gün necə oynadığını görürdüm. Bu matçlarda iştirak etmək hər zaman şərəf olub. Açıq deyim, bütün günü ailəmlə divanda keçirmək istərdim. Amma nömrəmiz çağırılır və biz meydana çıxıb oyunumuzu göstərməliyik. Mən bunu səbirsizliklə gözləyirəm”, — deyə Ceyms bildirib.
Qeyd edək ki, NBA-nın 26 dekabr 2025-ci il tarixində keçiriləcək müntəzəm çempionat oyunu çərçivəsində “Los-Anceles Leykers” klubu “Hyuston Rokets”i qəbul edəcək.
Namiq HUN
tag: Lebron Ceyms,NBA,Basketbol,Əfsanə,RekordTodaypress.az,
