Mahaçevin UFC-də növbəti hədəfi bəlli ola bilər
UFC-nin yarımorta çəki dərəcəsində hazırkı çempionu İslam Mahaçev orta çəki dərəcəsinə keçmək ehtimalını istisna etməyib.
TodayPress TV xəbər verir ki, 35 yaşlı rusiyalı döyüşçü bu barədə “Matç TV”yə açıqlamasında danışıb.
Mahaçev bildirib ki, belə bir fikir ağlından keçsə də, hələlik bununla bağlı ciddi planı yoxdur. O, mümkün keçidin komanda ilə müzakirə olunacağını vurğulayıb.
Qeyd edək ki, Mahaçev UFC-də ardıcıl 17 qələbə qazanıb. Onun peşəkar MMA karyerasında 29 qələbə və 1 məğlubiyyət var. Döyüşçü sonuncu qarşılaşmasında irlandiyalı İan Qerrini hakimlərin yekdil qərarı ilə məğlub edib.
Namiq HUN