İran ordusu Azərbaycan sərhədindədir? - RƏSMİ

İran ordusu Azərbaycan sərhədindədir? - RƏSMİ
26.11.2026 14:31 Gündəm

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə görüntülər yayılıb.

TodayPress TV xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı Apa-ya bildirib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.

“Bununla belə, Səfirlikdən onu da bildiriblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.

Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.

TodayPress TV

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər