Rusiya gürcü şərabına sanksiya tətbiq etdi

Rusiya gürcü şərabına sanksiya tətbiq etdi
26.11.2026 14:22 Dünya
Gürcüstanın 7 şərab istehsalçısı Rusiya sanksiyalarına məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Georgi Zurabişvili məlumat yayıb.

Rusiya məhdudiyyətlərlə bağlı üç səbəb göstərib: məhsulun keyfiyyəti ilə bağlı narahatlıqlar, şirkətlərin Ukraynanın maliyyələşdirilməsində iştirakı və antirusiya narrativlərinin yayılması.

Rəsmi Tiflis ittihamları rədd edərək, Gürcüstan şərablarının beynəlxalq keyfiyyət sertifikatlarına malik olduğunu və sözügedən müəssisələrin Ukraynanın maliyyələşdirilməsi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər