Dizindən əməliyyat olunan Sinner 2027-ci ilin ilk “Böyük dəbilqə”sində oynamayacaq
İtaliyalı tennisçi Yannık Sinner 2027-ci ildə keçiriləcək “Australian Open” turnirində iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Tennis Australia” təşkilatının icraçı direktoru Endryu Abdo məlumat verib.
Bildirilib ki, “Böyük dəbilqə” turnirlərinin beşqat qalibi və dünya reytinqinin ikinci pilləsində qərarlaşan tennisçi dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirir.
Abdo Sinnerin komandasının turnirdə iştirak etməyəcəyi ilə bağlı qərarı təsdiqlədiyini bildirib. Onun sözlərinə görə, italiyalı idmançı 2028-ci ildə Melburnda keçiriləcək yarışa qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Sinner 2026-cı ilin iyulunda Uimbldon turnirində sağ dizindən zədələnib. Bu səbəbdən o, bir sıra mühüm yarışlarda iştirak edə bilməyib və mövsümü oktyabrda başa vurub.
Namiq HUN