Kriştianu Ronaldu minlik səddinə doğru irəliləyir!

Kriştianu Ronaldu minlik səddinə doğru irəliləyir!
25.11.2026 08:50 İdman

Kriştianu Ronaldu karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı portuqaliyalı hücumçu Asiya Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Qətərin “Əl-Sədd” komandası ilə görüşdə fərqlənib.

Ronaldu matçın 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib.

Portuqaliyalı futbolçu 2022-ci ilin dekabrından “Əl-Nəsr”in formasını geyinir. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” klublarında çıxış edib.

Qeyd edək ki, Kriştianu Ronaldu futbol tarixinin ən məhsuldar bombardirlərindən biridir. Onun karyerasında 1000-ci qolunu vurmasına cəmi 13 qol qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər