“Krasnodar”ın uğurlu seriyası Musayevə mükafat qazandırdı

“Krasnodar”ın uğurlu seriyası Musayevə mükafat qazandırdı
19.12.2025 11:43 İdman

“Krasnodar” klubunun baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında noyabr–dekabr aylarının ən yaxşı məşqçisi seçilib.

TodayPress TV Telegram kanalına istinadən xəbər verir ki, bu mükafat Musayev üçün cari mövsümdə ikinci olub. 

O, daha əvvəl oktyabr ayının da ən yaxşı məşqçisi seçilmişdi.

Noyabr və dekabr aylarında “Krasnodar” 3 qələbə və 2 heç-heçə əldə edərək turnir cədvəlində liderliyini qoruyub və ardıcıl üçüncü mövsümdür qış fasiləsinə birinci pillədə yollanıb.

İlk üçlüyü “Zenit” və “Lokomotiv” klubları təşkil edir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər