Klublararası DÇ: PSJ bu gün yarımfinalda "Real"la üz-üzə gələcək

Klublararası DÇ: PSJ bu gün yarımfinalda "Real"la üz-üzə gələcək
09.07.2025 09:10 İdman

ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu bu gün keçiriləcək.

TodayPress TV xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib komanda finalda İngiltərənin "Çelsi" kollektivi ilə görüşəcək.

Qeyd edək ki, final matçı iyulun 13-də, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər