“Kəpəz”də legionerlərlə müqavilə ləğv olundu

“Kəpəz”də legionerlərlə müqavilə ləğv olundu
22.12.2025 13:46 İdman

“Kəpəz” Peşəkar Futbol Klubu iki legioner futbolçusu ilə yollarını ayırıb.

TodayPress TV xəbər verir ki, klub Katsper Rosa və Pedro Qomeşin komandadan ayrılması ilə bağlı rəsmi məlumat yayıb.

Bildirilib ki, polşalı qolkiper Katsper Rosa və portuqaliyalı müdafiəçi Pedro Qomeşlə olan müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, hər iki futbolçu cari mövsümün əvvəlindən Gəncə təmsilçisinin formasını geyinirdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər