Kənan Nəsibov dünya çempionatında ilk qələbəsini qazandı

Kənan Nəsibov  dünya çempionatında ilk qələbəsini qazandı
10.10.2026 14:25 İdman

Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yükəlib.

TodayPress TV xəbər verir ki, o, 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammonu məğlub edib.

K.Nəsibov növbəti mərhələdə Azərbaycanın digər təmsilçisi Uşanqi Kokauri ilə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

***
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

TodayPress TV xəbər verir ki, idmançı 1/16 finalda Almaniya təmsilçisi Losseni Koneni məğlub edib.

Kənan Nəsibov 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammo ilə qarşılaşacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər