Pezeşkian: Görüşlər böhranı dayandırmağa yetmir
İran Prezidenti Məsud Pezeşkian regional diplomatiyanın böhranların idarə olunmasında və münaqişələrin genişlənməsinin qarşısının alınmasında mühüm rol oynamalı olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Pezeşkian bu barədə “X” sosial şəbəkəsində paylaşımında qeyd edib.
Onun sözlərinə görə, regional diplomatiya yalnız görüşlər keçirməklə məhdudlaşmamalı, əlaqələrin qorunmasına və praktiki əməkdaşlığın fəallaşdırılmasına xidmət etməlidir.
“Regional diplomatiya bizim üçün sadəcə görüşlər keçirmək demək deyil. O, böhranların idarə olunması, əlaqələrin qorunması, münaqişənin genişlənməsinin qarşısının alınması və praktiki əməkdaşlığın fəallaşdırılması üçün bir vasitəyə çevrilməlidir”, - deyə Pezeşkian vurğulayıb.