Panamada güclü zəlzələ: 20 nəfər xəsarət alıb, 188 məktəbə ziyan dəyib

Panamada güclü zəlzələ: 20 nəfər xəsarət alıb, 188 məktəbə ziyan dəyib
10.10.2026 11:42 Dünya

Panamada baş verən güclü zəlzələ nəticəsində təxminən 20 nəfər yüngül xəsarət alıb, ölkənin müxtəlif bölgələrində yüzlərlə tikiliyə ziyan dəyib.

TodayPress TV xəbər verir ki, bu barədə Panama mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, dəymiş ziyanın miqyası ilə bağlı rəqəmlər hələlik ilkin xarakter daşıyır. Milli Mülki Müdafiə Sistemi ölkənin bir sıra əyalətlərində təxminən 200 obyektə ziyan dəydiyini bildirib.

Zərər çəkən obyektlər arasında yaşayış evləri, xəstəxanalar, kilsələr, dövlət müəssisələri və hotellər, eləcə də avtomobil yolları və körpülər var.

Panama Təhsil Nazirliyi isə zəlzələ nəticəsində 188 təhsil müəssisəsinə ziyan dəydiyini açıqlayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər