Madina Kaisinova dünya çempionatına erkən vida etdi

Madina Kaisinova dünya çempionatına erkən vida etdi
10.10.2026 12:45 İdman

Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni başa vurub.

TodayPress TV xəbər verir ki,  cüdoçu 1/16 final mərhələsində İtaliya təmsilçisi Asya Tavanoya məğlub olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər