Zaporojyedə yaşayış obyekti vuruldu: 7 nəfər öldü - YENİLƏNDİ

Zaporojyedə yaşayış obyekti vuruldu: 7 nəfər öldü - YENİLƏNDİ
10.10.2026 11:35 Dünya

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərində yaşayış evinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Zaporojyedə daha 16 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

12 nəfərin taleyi isə hələ də məlum deyil.

***

11:29

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərində yaşayış evinə endirdiyi zərbə nəticəsində azı 7 nəfər ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukraina” Zaporojye Vilayət Hərbi Administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 3-ü uşaqdır. Hücum nəticəsində 10 nəfər yaralanıb, onların arasında bir uşaq da var. Yaralılardan ikisinin vəziyyəti isə ağırdır.

Zərbələrin endirildiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər