Azərbaycanda bəzi yerlərdə qar yağıb

Azərbaycanda bəzi yerlərdə qar yağıb
10.10.2026 11:25 Sosial

Oktyabrın 10-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub, şimşək çaxıb.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Bakıda və Abşeron yarımadasında ən çox yağıntı Neft Daşlarında qeydə alınıb. Burada 26 mm yağıntı düşüb ki, bu da aylıq normanın 139 faizini təşkil edir. Sumqayıtda 3 mm, Bakı, Binə və Pirallahıda 2 mm, Maştağada isə 1 mm-dək yağıntı qeydə alınıb.

Respublikanın rayonlarında da yağıntılar müşahidə olunub. Göygöldə 16 mm, İmişli və Şəkidə (Kişçay) 10 mm, Balakən və Qaxda (Sarıbaş) 6 mm, Biləsuvar və Sabirabadda 5 mm yağıntı düşüb. Digər ərazilərdə yağıntının miqdarı 1-4 mm arasında dəyişib.

Bundan başqa, Qubadlı, Şuşa və Füzuli rayonlarında qısamüddətli yağış yağıb.

Saat 08:15-08:27 radələrində Yardımlı rayonunda güclü leysanla müşayiət olunan dolu düşüb. Dolu dənələrinin diametri 18-20 mm olub.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər