Cüdoçumuz dünya çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Camal Qamzatxanov Bakıda keçirilən böyüklər arasında dünya çempionatına qələbə ilə start verib.
TodayPress TV xəbər verir ki, idmançımız 1/32 final mərhələsində Çili təmsilçisi Fransisko Solisi ipponla məğlub edib.
Qamzatxanov növbəti mərhələdə Xorvatiya cüdoçusu Nikita Sviridlə qarşılaşacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov qızıl, Zelim Tçkayev gümüş, Rəşid Məmmədəliyev, Ömər Rəcəbli və Murad Fətiyev isə bürünc medal qazanıblar.