İstirahət gününün havası açıqlandı

İstirahət gününün havası açıqlandı
10.10.2026 13:42 Sosial

Oktyabrın 11-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, temperaturun 25 dərəcəyədək yüksələcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.


XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər