Ədliyyə Polkovniki vəzifəsindən azad edildi - FOTO
Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Nofəl Əsədov vəzifəsindən azad edilib.
TodayPress TV "Globalinfo.az"a istinadən xəbər verir ki, məlumata görə, onun hansı səbəbdən vəzifədən azad edildiyi hələlik açıqlanmayıb.
Nofəl Abbas Əli oğlu Əsədov 29 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2004-2005-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib.
O, 2004-cü ildə Azərbaycan Texniki Universitetini, 2013-cü ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini bakalavr, 2016-cı ildə isə həmin universiteti magistr dərəcəsi üzrə bitirib.
2006-2023-cü illərdə müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 20 sentyabr 2023-cü ildə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinin icrası ona həvalə edilib.
