SON DƏQİQƏ: Rusiya "Lukaşovo"nun ələ keçirilməsi ilə bağlı görüntü yaydı
Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətindəki Lukaşovo və Lobanovka kəndləri üzərində nəzarətin ələ keçirilməsi ilə bağlı görüntülər yayımlayıb.
TodayPress TV xəbər verir ki, "TASS"ın məlumatına görə, yayımlanan videoda Rusiya ordusunun “Şimal” qüvvələr qrupuna aid artilleriya heyətləri və pilotsuz uçuş aparatları (PUA) operatorlarının döyüş əməliyyatları əks olunub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, əməliyyatlar zamanı Ukrayna qüvvələrinin mövqeləri və yaşayış məntəqələrində müvəqqəti yerləşdirmə məntəqələri hədəfə alınıb.
Jalə Rövşən