Camal Qamzatxanov mundialda növbəti mərhələdə! - YENİLƏNDİ
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.
TodayPress TV xəbər verir ki, o, 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib.
C.Qamzatxanov 1/4 finalda Yur Spiykerslə (Niderland) üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
***
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
TodayPress TV xəbər verir ki, O, 1/16 finalda Xorvatiya təmsilçisi Nikita Sviridə qalib gəlib.
Camal Qamzatxanov növbəti mərhələdə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə qarşılaşacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.