121 İLLİK REKORD YENİLƏNDİ! Yarım milyon insan qaranlıqda qaldı

121 İLLİK REKORD YENİLƏNDİ! Yarım milyon insan qaranlıqda qaldı
10.10.2026 11:15 Dünya

“İsayas” qasırğası ABŞ-nin Meksika körfəzi sahillərinə çataraq Florida ştatında güclü küləyə və elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Telekanalın Milli Qasırğa Mərkəzinin məlumatlarına istinadən bildirdiyinə görə, Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya aid olan qasırğa cümə günü yerli vaxtla saat 20:30-da Floridanın qərb hissəsində, Destin şəhəri yaxınlığında sahilə çatıb. Küləyin maksimal sürəti saatda 169 kilometrə yüksəlib.

Güclü külək Floridanın qərbində və Alabama ştatının cənubunda elektrik xətlərini sıradan çıxarıb. Nəticədə, təxminən 500 min insan elektrik enerjisiz qalıb.

Proqnozlara görə, Alabama ilə Florida sərhədindən Floridanın Qreyton-Biç sahilinədək ərazilərdə dəniz suyunun səviyyəsi 2,7 metrədək yüksələ bilər.

Milli Qasırğa Mərkəzi daha əvvəl “İsayas”ın Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya qədər güclənəcəyini, lakin ABŞ-nin Meksika körfəzi sahillərinə çatmazdan əvvəl zəifləyəcəyini proqnozlaşdırmışdı. Qasırğanın cümə günü axşam və ya şənbə günü sahilə çatacağı bildirilirdi.

“İsayas” Atlantik okeanında qasırğa mövsümünün başlamasından dörd ay sonra formalaşıb. Bununla da o, regionda qasırğanın ən gec formalaşması üzrə 121 illik rekorda yaxınlaşıb.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, əvvəlki rekord 1905-ci ildə qeydə alınıb. Həmin il qasırğa oktyabrın 8-də, “İsayas” isə oktyabrın 7-də formalaşıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər