Cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi - YENİLƏNDİ
Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, o, 1/8 finalda Yakub Sordili (Polşa) üstələyib.
U.Kokauri 1/4 finalda Azərbaycanın digər təmsilçisi Kənan Nəsibovla üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
***
TodayPress TV xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edib.
Kokauri növbəti mərhələdə Polşa cüdoçusu Yakub Sordillə qarşılaşacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Əhməd Yusifov qızıl, Zelim Tçkayev gümüş, Rəşid Məmmədəliyev, Ömər Rəcəbli və Murad Fətiyev isə bürünc medal qazanıblar.