Bakı-Tiflis sərhədində delimitasiya işi: yeni tərkib təsdiqləndi - SƏRƏNCAM

Bakı-Tiflis sərhədində delimitasiya işi: yeni tərkib təsdiqləndi -  SƏRƏNCAM
10.10.2026 11:05 Xarici siyasət

Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiqlənməsi ilə bağlı sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, Sərəncama əsasən, komissiyanın tərkibi aşağıdakı kimi müəyyənləşib:

  • Komissiyanın sədri: Azərbaycan xarici işlər nazirinin müavini.

  • Komissiya sədrinin müavini: Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini.

Komissiyanın üzvləri:

  1. Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini

  2. Azərbaycan daxili işlər nazirinin müavini

  3. Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

  4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini

  5. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

  6. Balakən Rayon İcra Hakimiyyətinin başçısı

  7. Qax Rayon İcra Hakimiyyətinin başçısı

  8. Qazax Rayon İcra Hakimiyyətinin başçısı

  9. Samux Rayon İcra Hakimiyyətinin başçısı

  10. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

  11. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

  12. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini

  13. Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi

  14. Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi

  15. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyinin sədri

  16. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər