Sulutəpədə həkim səhlənkarlığından iki azyaşlı bacı həyatlarını itirdi - FOTO
Bakıda iki azyaşlı bacı vəfat edib.
TodayPress TV “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.
2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.
Yaxınları qızların tibbi yardım aldıqlarını və həkim səhlənkarlığından həyatlarını itirdiklərini iddia ediblər.
