“Bir-iki il sonra müraciət etsəydilər, qəbul edərdim” - Qvardiola
Xosep Qvardiola İtaliya milli komandasının baş məşqçisi postuna təyin olunması ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” nəşri “Х” sosial şəbəkəsində məlumat yayıb.
İspaniyalı mütəxəssis açıqlamasında İtaliya Futbol Federasiyasının nümayəndələri ilə təmasda olduğunu bildirib:
“Bəli, İtaliya ilə danışmışdım. Bu barədə ilk dəfə açıq şəkildə danışıram. Bu, mənim üçün böyük şərəf idi. İtaliya kimi milli komandaya və belə bir ölkəyə imtina etmək, demək olar ki, məni narahat edirdi.
Onların məni İtaliya millisinin baş məşqçisi ola biləcək şəxs kimi nəzərdən keçirməsi karyeramın ən böyük şərəflərindən biridir. Lakin mənimlə istirahət etməyə ehtiyac duyduğum vaxt əlaqə saxladılar. Bir-iki il sonra müraciət etsəydilər, yəqin ki, təklifi qəbul edərdim”.
Qeyd edək ki, daha əvvəl İtaliya Futbol Federasiyasının nümayəndələrinin iyul ayında Qvardiola ilə görüşdüyü və ona milli komandanı çalışdırmağı təklif etdiyi bildirilmişdi.
İspaniyalı mütəxəssisin son iş yeri İngiltərənin “Mançester Siti” klubu olub. O, 2016–2026-cı illərdə bu komandaya rəhbərlik edib.
Namiq HUN