Yaş Perişiçə mane olmadı: Çempionlar Liqasında tarix yazdı!
37 yaşlı İvan Perişiç UEFA Çempionlar Liqasının tarixində penaltidən qol vuran ən yaşlı futbolçu olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Opta” nəşri məlumat yayıb.
Niderlandın PSV klubunun yarımmüdafiəçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Real Madrid”lə keçirilən oyunda fərqlənib.
Xorvatiyalı futbolçu 32-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. Qarşılaşma zamanı Perişiçin 37 yaşı və 295 günü olub.
Bununla da o, Çempionlar Liqasının tarixində penaltidən qol vuran ən yaşlı futbolçu olmaqla yanaşı, turnirdə “Real Madrid”in qapısına qol vuran ən yaşlı oyunçu rekordunu da müəyyənləşdirib.
Qeyd edək ki, “Real Madrid” - PSV qarşılaşması İspaniya təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Perişiçin dəqiq zərbəsinə baxmayaraq, Niderland klubu darmadağınla üzləşib.
Namiq HUN