Mbappe Madrid əfsanəsini geridə qoyaraq rekord qırdı!

Mbappe Madrid əfsanəsini geridə qoyaraq rekord qırdı!
25.11.2026 11:52 İdman

Kilıan Mbappe “Real Madrid”in tarixində bombardirlər siyahısında 19-cu pilləyə yüksəlib.

TodayPress TV xəbər verir ki, Fransa millisinin hücumçusu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV ilə qarşılaşmada dubl edib. Madrid təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatan görüşdə iki dəfə fərqlənən Mbappe klubun heyətində vurduğu qolların sayını 105-ə çatdırıb.

Bununla da 26 yaşlı futbolçu “Real Madrid”in tarixi bombardirləri siyahısında Luis Molovninin nəticəsini təkrarlayıb və 104 qolla yadda qalan əfsanəvi braziliyalı hücumçu Ronaldonu geridə qoyub.

Siyahının 18-ci pilləsində 106 qolla sabiq uelsli hücumçu Qaret Beyl qərarlaşıb.

Qeyd edək ki, “Real Madrid”in tarixində ən çox qol vuran futbolçu Kriştianu Ronaldudur. Portuqaliyalı ulduz Madrid klubunun formasında 450 dəfə fərqlənib.

Namiq HUN

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər