Azərbaycan Litva ilə ticarət dövriyyəsini artırmaq istəyir

Azərbaycan Litva ilə ticarət dövriyyəsini artırmaq istəyir
25.11.2026 13:16 Siyasət

Azərbaycan və Litva arasında mövcud ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialına uyğun deyil.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat bəyanatında bildirib.

Nazir qeyd edib ki, ticarət dövriyyəsinin artırılması üçün atılması vacib olan addımlar barədə həmkarı ilə fikir mübadiləsi aparıb.

Ceyhun Bayramov Litva nümayəndə heyətinin tərkibində bir sıra iş adamları və şirkət rəhbərlərinin də Azərbaycana səfər etdiyini diqqətə çatdırıb. Bildirib ki, Litvanın xarici işlər naziri sabah keçiriləcək biznes forumda da iştirak edəcək.

Onun sözlərinə görə, iki ölkənin iş adamlarının bir araya gəlməsi, birbaşa əlaqələrin qurulması, qarşılıqlı investisiya və əməkdaşlıq imkanlarının müzakirəsi xüsusi əhəmiyyət daşıyır.

XİN rəhbəri əlavə edib ki, tərəflər biznes nümayəndələrinin təkliflərini dinləmək, onların ehtiyac duyduğu əlavə dəstək mexanizmlərini müəyyənləşdirmək və bu məsələləri gələcək əməkdaşlıq gündəliyində nəzərə almaq barədə razılığa gəliblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər