İrlandiyalı futbolçu Azərbaycan millisində oynayacaq
“Sanderlend” klubunun müdafiəçisi Dennis Çirkinin Azərbaycan millisində çıxış etməyə razılıq verdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, 23 yaşlı futbolçu İrlandiyada doğulsa da, 2018-2021-ci illərdə İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarının formasını geyinib.
Son mövsümü “Championship” divizionunda keçirən Çirkin 36 oyunda 3 qol vurub.
Qeyd edək ki, Dennis Çirkinin atasının əslən Türkiyənin Hatay bölgəsindən olduğu bildirilir.
(İdman.biz)
Namiq HUN