İngiltərə Premyer Liqası: “Liverpul” səfərdə “Tottenhem”i məğlub etdi

İngiltərə Premyer Liqası: “Liverpul” səfərdə “Tottenhem”i məğlub etdi
21.12.2025 09:37 İdman

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start verilib.

TodayPress TV xəbər verir ki, açılış oyununda “Çelsi” səfərdə “Nyukasl”la 2:2 hesablı heç-heçə edib.

Turun mərkəzi qarşılaşmasında “Tottenhem” öz meydanında “Liverpul”a 1:2 hesabı ilə uduzub.

Digər matçlarda isə “Mançester Siti” “Vest Hem”ə 3:0, “Brentford” “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəlib, “Bornmut” “Börnli” ilə (1:1), “Brayton” isə “Sanderlend”lə (2:2) heç-heçəyə razılaşıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 37 xalla “Mançester Siti” başçılıq edir. Bir oyun az keçirən “Arsenal” 36 xalla ikinci pillədə qərarlaşıb.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər