Gənc pəhləvanlarımız Avropa çempionatında fəxri kürsünü silkələdi!
İdman
18.05.2026 09:21
Bolqarıstanda keçirilən U17 Avropa çempionatına yekun vurulub.
TodayPress TV xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığma komandası Samokov turnirində uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Yekunda 156 xal toplayan millimiz komanda hesabında ikinci yeri tutub. Avropa çempionu olan Rusiya yığması Azərbaycanı cəmi 7 xal qabaqlayıb. Aktivində 124 xal olan Gürcüstan millisi isə ilk “3-lüy”ü tamamlayıb.
Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olublar. Rəşid Nazarov (65 kq) gümüş medala layiq görülüb. Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medala sahib çıxıblar.
Namiq HUN
tag: U17 Avropa çempionatı,Bolqarıstan,sərbəst güləş,Samokov turniri,Todaypress.tv,
