“El Klasiko” öncəsi şok qərar: Florentino Peres prinsipial rəqibin evinə ayaq basmayacaq!

“El Klasiko” öncəsi şok qərar: Florentino Peres prinsipial rəqibin evinə ayaq basmayacaq!
23.10.2026 09:24 İdman

Madrid “Real”ının prezidenti Florentino Peres İspaniya La Liqasının X turu çərçivəsində oktyabrın 25-də “Barselona”ya qarşı keçiriləcək səfər matçına getməyəcək. “El Klasiko” zamanı klublar arasında münasibətlərin normallaşması gözlənilmir.

TodayPress TV xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.

Bildirilib ki, Peres Barselonaya səfərdən imtina etdiyi üçün “qırmızı-göylərin” rəhbəri Joan Laporta ilə ənənəvi matçöncəsi naharda da iştirak etməyəcək.

“Real” və “Barselona” rəsmi münasibətlərdə məsafə saxlamağa davam edir. “Kral klubu”nun UEFA-ya təqdim etdiyi “Negreyra işi” ilə bağlı sənədlər tərəflər arasındakı gərginliyi daha da artırıb. Oktyabrın əvvəlində Avropa futbol qurumu materialları əldə etdiyini təsdiqləyib və onları “Barselona” ilə bağlı aparılan araşdırmaya daxil edib.

Namiq HUN

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər