Tibetdə güclü zəlzələ: Ölən və yaralananlar var

Tibetdə güclü zəlzələ: Ölən və yaralananlar var
23.10.2026 09:10 Dünya

Çinin Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 16 nəfər olaraq qalır, yaralıların sayı isə 65-ə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları sosial şəbəkələrdə məlumat yayıb.

Zəlzələ oktyabrın 22-də yerli vaxtla saat 22:33-də Naqçu şəhəri ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlarda 32 nəfərin xəsarət aldığı bildirilsə də, sonradan yaralıların sayının 65-ə çatdığı açıqlanıb. Zəlzələdən sonra bölgədə 400-dən çox afterşok qeydə alınıb, yüzlərlə ev dağılıb və 12 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

Axtarış-xilasetmə işlərinə xilasedici qruplar və polis əməkdaşları da daxil olmaqla 300-dən çox şəxs cəlb olunub.

Məlumata görə, bu, 2024-cü ilin yanvarından bəri Çində qeydə alınan ən güclü zəlzələdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər