Rusiya İranla bağlı hərəkətə keçdi: Təyyarələr bir-birinin ardınca enir
Rusiyaya məxsus hökumət təyyarələrindən birinin Tehrana, daha bir İl-76 hərbi-nəqliyyat təyyarəsinin isə İranın Buşehr şəhərindəki 6-cı aviabazaya endiyi bildirilir.
TodayPress TV xəbər verir ki, KİV-in məlumatına görə, təyyarələrin uçuşlarının İrana hərbi təchizat çatdırılması ilə bağlı ola biləcəyi ehtimal edilir.
Digər ehtimala görə, Rusiya Buşehr Atom Elektrik Stansiyasında çalışan nüvə alimlərini İrandan çıxarmağa hazırlaşa bilər. Bununla belə, yalnız alimlərin təxliyəsi üçün bu qədər təyyarənin cəlb edilməsinə ehtiyac olmadığı bildirilir.
Ehtimal olunur ki, hərbi təchizat boşaldıldıqdan sonra rusiyalı nüvə alimləri də təyyarələrlə ölkədən çıxarıla bilər.
Qeyd edək ki, bu məlumatlarla bağlı hələlik rəsmi təsdiq yoxdur.
Kübra Musayeva