Ukrayna müharibəsinə son qoymaq üçün 7 ölkə bir araya gəlir

Ukrayna müharibəsinə son qoymaq üçün 7 ölkə bir araya gəlir
23.10.2026 02:23 Dünya

Oktyabrın 23-də İstanbulda Ukrayna müharibəsinin başa çatdırılması məsələsini müzakirə etmək üçün yeddi ölkənin xarici işlər naziri bir araya gələcək.

TodayPress TV AFP-yə istinadla xəbər verir ki, görüşdə Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri iştirak edəcəklər.

Türkiyənin diplomatik mənbələrinin məlumatına görə, həm Rusiya, həm də Ukrayna ilə münasibətləri qoruyan Ankara müharibənin həlli istiqamətində vasitəçi kimi çıxış etməyə çalışır.

Qeyd edək ki, sentyabr ayında Türkiyə tərəflərə Qara dənizdə ticarət gəmilərinə hücumların dayandırılmasına dair razılaşma layihəsi təklif edib. Lakin təşəbbüs nəticə verməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər