“Qırmızı şeytanlar”da kadr savaşı: İdman direktoru Eddi Haunu komandada görmək istəyir!
“Mançester Yunayted”in idman direktoru Ceyson Uilkoks Maykl Kerrik işdən çıxarılacağı təqdirdə komandanın baş məşqçisi postuna Eddi Haunun təyin olunmasında maraqlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə “talkSPORT” nəşri məlumat yayıb.
Bildirilib ki, Uilkoks İngiltərə Premyer Liqasındakı təcrübəsinə görə məhz Haunun namizədliyinə üstünlük verir. Vurğulanır ki, idman direktorunun bu mövqeyi klubun həmsahibləri Cim Retkliff və Qleyzerlər ailəsi üçün Yulian Naqelsman variantını irəli sürən rekrutinq direktoru Kristofer Vivellin fikrindən daha əhəmiyyətli olacaq.
Xatırladaq ki, Eddi Haunun son iş yeri 2021-2026-cı illərdə rəhbərlik etdiyi “Nyukasl” klubu olub. O, “sağsağanlar”ı İngiltərə Liqa Kubokunun qalibi edib.
Namiq HUN