İrandan ABŞ-yə dəstək verən ölkələrə sərt xəbərdarlıq: "Düşmən elan ediləcəklər"

İrandan ABŞ-yə dəstək verən ölkələrə sərt xəbərdarlıq: "Düşmən elan ediləcəklər"
23.10.2026 08:41 Dünya

İran silahlı münaqişənin yenidən başlaması halında ABŞ-yə dəstək verən Yaxın Şərq ölkələrinə qarşı sərt addımlar ata bilər.

TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda-Hüseyn Maleki bildirib.

Deputatın sözlərinə görə, regional ölkələrə ABŞ-yə istənilən formada dəstəyi dayandırmaqla bağlı ultimatum verilib.

Maleki qeyd edib ki, 40 günlük döyüşlər zamanı Tehran Vaşinqtonun hücumlar üçün istifadə etdiyi ərazilərdəki bazalara zərbələr endirib.

O xəbərdarlıq edib ki, hərbi əməliyyatlar yenidən başlayarsa, İran ABŞ-yə dəstək verməyə davam edən ölkələri müəyyənləşdirəcək və onları düşmən kimi qiymətləndirə bilər. Deputatın sözlərinə görə, Tehranın cavab tədbirləri hərbi bazalara hücumlarla məhdudlaşmaya bilər.

Bununla yanaşı, Maleki İranın ABŞ ilə danışıqlar aparmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib. O, dialoqun bərpası üçün bu ilin iyununda imzalandığı qeyd edilən İslamabad Memorandumunun həyata keçirilməsini ilkin şərt kimi göstərib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər